Bakıda cəzaçəkmə müəssisəndə binanın dam örtüyü uçub: xəsarət alan var

22:30 01.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1 iyun günorta saat 13 radələrində 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub.

Hafta.az Ədliyyə Nazirliyinə istinadən bildirir ki, hadisə nəticəsində bir məhkum xəsarət alıb.

Hadisə zamanı cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.